“Twitter” şübhəli akkauntların kütləvi şəkildə silinməsinə başladıqdan sonra ABŞ prezidenti Donald Tramp 300 min izləyici itirib
Lent.az-ın “Mashable” portalına istinadən verdiyi xəbərə görə, təmizləmə əməliyyatından öncə D. Trampın səhifəsinin 53,4 milyon abunəçisi olub. Təmizləmə başladıqdan sonra isə bu say 53,1 milyona enib.
ABŞ-ın sabiq prezidenti Barak Obama, məşhur sənətçilər Teylor Svift, Rihanna, Keti Perri, Castin Biber və digər məşhurların izləyiciləri də azalıb.
Qeyd edək ki “Twitter” mikrobloqu iyulun 12-dən etibarən şübhəli akkauntların kütləvi şəkildə silinməsinə başlayıb. Şirkətdən bildirilib ki, məqsəd “Twitter”də etimad mühiti yaratmaq və sağlam kommunikasiyanı təmin etməkdir: “İzləyicilərin sayı hamının gördüyü bir özəllikdir və hər kəsin bu saylara etibar etməsini istəyirik. Çoxsaylı izləyiciyə sahib olan səhifələrin izləyici sayında ciddi azalma olacaq. Bunun bəziləri üçün çətin olacağını anlayırıq, lakin doğruluğun və şəffaflığın “Twitteri” daha güvənilən bir xidmət halına gətirəcəyinə inanırıq”.
Digər xəbərlər
loading...