Ermənistanın baş naziri Nikol Paşinyan NATO-nun Brüsseldəki sammiti çərçivəsində Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə söhbət etdiyini açıqlayıb
“Biz zalda əyləşərkən Türkiyə XİN rəhbəri yanımızdan tələsik keçdi, sonra geri dönərək Avropa Şurasında vaxtı ilə birgə çalışdığı XİN rəhbəri Zoqrab Mnatsakanyana yaxınlaşdı. Daha sonra mənimlə tanış olaraq, Ermənistandakı vəziyyətin inkişafını diqqətdə saxlanıldığını bildirdi”, - deyə Paşinyan Brüssel aeroportunda vurğulayıb.
“Çavuşoqlu həmçinin məni baş nazir vəzifəsinə seçilməyimlə bağlı təbrik edib. Aramızda hər-hansı digər söhbət olmayıb”, - deyə Paşinyan qeyd edib. (virtualaz.org)
Digər xəbərlər
loading...