Hər ilin sentyabr ayında Afrikanın Wodaabe qəbiləsində Kainat gözəllik yarışmasından daha çətin bir gözəllik yarışması hesab edilən, son günə qədər yeri gizli saxlanılan festival təşkil edilir. Qəbilənin kişilərinin rəqs hünərlərini göstərmək məcburiyyətində qaldıqları gözəllik yarışmasında qadınların bəyəndiyi kişilər yeni bir həyata başlayır.
Publika.az xəbər verir ki, gözəllik müsabiqəsindəki ən cəlbedici xüsusiyyət isə ondan ibarətdir ki, makiyaj etmiş və gözəl geyinmiş kişiləri qadın münsiflər qiymətləndirir.
Sentyabr ayında həyata keçirilən və "Qerevol" adı verilən bu festivalda kişilərin hazırlanması bəzən 6 saat çəkir.
Qerevol festivalı əslində xoşbəxt cütlüklər yaratmaq məqsədilə keçirilir.
Wodaabe qəbilələri ümumiyyətlə kiçik ailə qrupları kimi Sahel çölündə gəzərək yaşayır.
Bu festival sayəsində qəbiləyə aid kiçik qruplar bir araya gələrək söhbət etmə fürsəti tapır.
Festivalın keçirildiyi ərazi isə son günə qədər gizli saxlanılır.
Cinsi üstünlüyünü göstərmək istəyən kişilər 3 qadın münsif üzvünün qarşısında cütləşmə rəqsləri edirlər.
"Wodaabe"də parlaq gözlü, ağ dişli ve iti burun kişilər yaraşıqlı hesab olunur.
Özlərini dünyanın ən gözəl insanları hesab edən qəbilənin kişi üzvləri yanlarında həmişə ayı saxlayır.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...