Gəncədə qadın sürücü ağır yol qəzası törədib.
“Kəpəz TV” xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. “Hyundai Sonata” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında yığılan mişar daşlarına, sonra isə mağazaya çırpılıb.
Qəza zamanı sərnişin - 24 yaşlı Xanım Nəsirova hadisə yerində dünyasını dəyişib. Qadın sürücü 30 yaşlı Nurlana Kərimova isə yüngül bədən xəsarəti alıb. Qəza zamanı yol kənarındakı iki mağazanın şüşələri sınıb.
İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırmalara başlanılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...