Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın NATO sammiti çərçivəsində Avropa - Rusiya münasibətləri haqda verdiyi bəyanata münasibət bildirib
APA-nın Moskva müxbirinin məlumatına görə, D. Peskov bu bəyanatın qarşıdan gələn Putin-Tramp danışıqlarını çətinləşdirə bilməyəcəyini söyləyib: "Onsuz da bu danışıqlar çətin olacaq. Gündəmdə olan Rusiya ilə ABŞ arasında fikir ayrılıqlarının həcmini bilirsiniz. Ona görə də çətin ki, nəsə bu danışıqları çətinləşdirsin”.
Kreml sözçüsü D. Trampın "Şimal axını-2" qaz kəməri ilə bağlı səsləndirdiyi bəyanatı da şərh edib. O, bu bəyanatın haqsız rəqabətin təzahürü olduğunu bildirib: "Bu, Avropanı Rusiyanın kəmər qazından baha olan Amerikanın slans qazını almağa məcbur etməyə cəhddir".
Qeyd edək ki, D. Tramp NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə "Şimal axını-2" qaz kəməri layihəsini həyata keçirən Almaniyanın Rusiyanın girovu olduğunu, Rusiyanın Almaniyaya nəzarət etdiyini söyləyib.
Digər xəbərlər
loading...