"Bu gün Azərbaycanda özəl toxumçuluq sektoru ürəkaçan vəziyyətdə deyil"
APA-nın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bu gün Bakıda keçirilən Özəl toxumçuların I Ümumrespublika müşavirəsində deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda taxılçılıq sahəsində toxumlara olan tələbatın 30-35 faizi yerli istehsalçılar tərəfindən ödənilir: “Təbii ki, bunu da artırmaq lazımdır. Əsas prioritet istiqamət özəl toxumçuluğun inkişaf etdirilməsidir. Müxtəlif sahələri özündə əhatə kompleks tədbirlər həyata keçirəcəyik. Bu sahədə mövcud olan qanunvericiliyi inkişaf etdirmək istiqamətində müvafiq işlər görəcəyik".
M. Əliyev bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi ölkədə özəl toxumçuluq sahəsini inkişaf etdirmək üçün onlarla birgə kooperativlərin yaradılmasını, özəl toxumçuların maddi-texniki bazasının yenilənməsini, onların maarifləndirilməsini həyata keçirməyi qarşıya məqsəd qoyub.
Nazirlik rəsmisi deyib ki, KTN Azərbaycanda özəl toxumçuluq sahəsini inkişaf etdirmək üçün fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdıracaq: "Toxumçuluqla məşğul olan fermerlərə 1 milyon manat vəsait qrant şəklində veriləcək".
Digər xəbərlər
loading...