Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
ATV-nin cənub bürsonun məlumatına görə, yeni tikilən, istifadə verilməyən İpək Yolunun rayonun Liman şəhəri ərazisindən keçən hissəsində Bəxtiyar Quliyevin idarə etdiyi “VAZ-2106” markalıb avtomobillə Eldar Aslanova məxsus “Mercedes” toqquşub. Nəticədə 5 nəfər - Reyhan Mahmudova Bəxtiyar Quliyev, Əzizə Quliyeva, Bahar Bağırova, Nazilə Seyfullayeva dünyasını dəyişib. 5 nəfər Eldar Aslanov, Elman Ağazadə, Akif Nuriyev, Murad Cəfərli, Elvin Mirzəzadə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib
Göyçayda isə “VAZ-21015” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və “VAZ-2107” markalı maşına arxadan çırpılıb. ATV-nin Şirvan bürosunun məlumatına görə, zərbənin gücündən “VAZ-21015” yoldan çıxaraq ağaclara çırpılıb və aşıb. Nəticədə Vasif Usubov, Kənan İsayev, Elvin Qəhramanov və Abduləli Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Elvin Qəhramanovun vəziyyəti ağır olduğu üçün həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...