Ankara məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şikayətinə baxıb
Məhkəmənin qərarına görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) sözçüsü Bülənt Tezcana görə CHP prezidentə 30 min türk lirəsi (10 min 600 manat) cərimə ödəyəcək.
Lent.az haberler.com-a istinadən bildirir ki, CHP sözçüsü bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “faşist diktator” adlandırdığı üçün ölkə başçısı tərəfindən məhkəməyə verilib. Məhkəmə Ərdoğanın şikayətini bir qədər əvvəl təmin edib və Bülənt Tezcan prezidentə 30 min türk lirəsi həcmində təzminat ödəyəcək.
Türkiyə qanunlarına görə, bu cür hallar baş verdikdə təzminatı fiziki şəxs yox, hüquqi şəxs ödəyir. Yəni, 10 min 600 manatlıq təzminatı Bülənt Tezcan yox, Cümhuriyyət Xalq Partiyası öz büdcəsindən ödəməlidir.
Qeyd edək ki, 24 iyun seçkilərindən sonra CHP sözçüsü Bülənt Tezcan özünün tvitter səhifəsində ölkə başçısını seçkiləri saxtalaşdırmaqda ittiham etmiş, onu “faşist diktator” adlandırmışdı.
Digər xəbərlər
loading...