Xalq artisti Flora Kərimova Murad Arifin “Popumuz var” adlı “Youtube” layihəsinin qonağı olub
“Qafqazinfo” xəbər verir ki, müğənni geyim tərzi barədə maraqlı açıqlamalar verib.
Kərimova ilk dekoltedən istifadə edən müğənni olduğunu söyləyib: “Açıq-saçıqlıq tərbiyyəsizlikdir. Ancaq mən dekoltenin tərəfdarıyam. Geyimə görə heç vaxt məndə irad tutulmayıb. Çünki mən geyimi yox, mahnını sərgiləmişəm. Dekolteli paltarlar geymişəm, amma bədənimi sərgiləməmişəm. Baxmayaraq ki, birinci dekolteli geyimlərən mən istifadə etmişəm.
İndi geyimdə inqilab yox, abırsızlıq edirlər. Usta o adamdır ki, açıq ayaqlarla səhnəyə çıxır və heç kim ona fikir vermir. Bir dəfə şalvar geymişdim. Bir müğənni də mənimlə bir arada müsabiqəyə getmişdi. Məni seçdilər və həmin gəncin sayəsində Azərbaycanda məni müzakirə etdilər, şalvarımı tənqid etdilər. Allah o insana rəhmət etməsin”.
Digər xəbərlər
loading...