ABŞ prezidenti Donald Tramp tərəfdaşlarını NATO-dan çıxmaqla hədələyib
"Report"un məlumatına görə, bunu Almaniyanın "dpa" agentliyinə sammitdə iştirak edən və adının açıqlanmasını istəməyən mənbələr bildirib.
"Əgər Alyansa üzrə dövlətlər müdafiə xərclərini dərhal Ümumi Daxili Məhslun 2 faizinə qədər qaldırmasalar, amerikalılar öz maraqlarına uyğun olaraq iş aparacaqlar", - deyə D.Tramp Brüsseldə NATO sammitində vurğulayıb.
Qeyd edək ki, Almaniya müdafiə xərclərini Vaşinqtonun tələb etdiyi həcmdə artırılmasına vəd verməkdən imtina edib. Rəsmi Berlin müdafiə xərclərini 2024-ci ilə qədər ÜDM-in 1,5% -nə qədər artırmağı planlaşdırır.
Digər xəbərlər
loading...