Temperaturun ötən günlə müqayisədə bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir
Azərbaycanda sabaha, iyulun 13-nə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 29-34, Bakıda gecə 26-28, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.
Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə hava şəraiti əlverişsiz olacaq.
Azərbaycanın rayonlarında iyulun 13-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 22-27, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlimncə, iyulun 13-ü səhərdən 14-ü gündüzədək Abşeron yarımadasında xəzri küləyinin güclənməsi fonunda temperaturun ötən günlə müqayisədə bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Digər xəbərlər
loading...