Stoltenberq Gürcüstanın NATO-ya üzv olacağını açıqladı
NATO rəsmisi Yens Stoltenberq Gürcüstanla bağlı mühüm açıqlama verib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadla xəbər verir ki, Şimal Alyansının baş katibi bildirib ki, Gürcüstan gələcəkdə NATO-ya üzv olacaq. Onun sözlərinə görə, Gürcüstanın alyans üzvü olması məsələsi iyunun 11-i müzakirə olunub: “Biz Gürcüstanın avroatlantikaya qoşulmaq istəyini tam dəstəkləyirik. Ölkə NATO-ya üzv olacaq”.
Qeyd edək ki, 4 Aprel 1949-cu ildə Şimali Atlantika Müqaviləsinin imazalanması ilə qurulan NATO-ya (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 28 ölkə üzvdür. Bu ölkələrdən biri də qonşu Türkiyədir.
Digər xəbərlər
loading...