“Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldunun maraqlarını təmsil edən Jorje Mendeş futbolçunun gələcək karyerası barəsində danışıb
Oxu.Az xəbər verir ki, bununla bağlı “Football Italia” məlumat yayıb.
“Yuventus” Kriştianın sonuncu klubu olacaq və mən şadam ki, o, belə bir qərar qəbul edib. Bu komanda ilə o, inanılmaz karyerasını başa vuracaq”, - Mendeş bildirib.
Bundan əvvəl futbolçu açıqlamasında karyerasını başa vurduqdan sonra özünü kinoda sınamaq istədiyini demişdi.
“Real” iyulun 10-da 33 yaşlı futbolçunun “Yuventus”a transfer olunduğunu açıqlamışdı.
Digər xəbərlər
loading...