Bakıda kütləvi dava olub
"Report" xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb.
Gecə saatlarında "Dəniz yolu" adlanan ərazidə 1993-cü il təvəllüdlü Əliyev Hacıağa Nizami oğlu və tanışı 3 naməlum şəxlə əlbəyaxa dava edib. Nəticədə H.Əliyevin qarın nahiyəsinə iki bıçaq zərbəsi vurulub.
Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi və 42-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin axtarışına başlanılıb.
Digər xəbərlər
loading...