“10 iyul axşamı Gəncənin mərkəzi meydanında baş verənlər dövlətçiliyimizə və stabilliyimizə qarşı yönəlmiş bir provokasiyadır”
Bu sözləri millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, qeyri-qanuni aksiyanın nə insan hüquqlarının müdafiəsi, nə də dinə aidiyyəti var:
“İki yüksək rütbəli polis zabitinin qətlə yetirilməsi bunun düşünülmüş bir addım olmasına dəlalət edir. Bir müddət əvvəl Gəncənin icra başçısına, indi isə polis rəsmilərinə qarşı törədilən hadisələr Azərbaycanda çaşqınlıq və gərginlik salmaq istəyindən xəbər verir”.
Millət vəkili vurğulayıb ki, görünür, xaricdə müəyyən antiazərbaycan dairələrinə Azərbaycanın inkişafı, müstəqil siyasəti sərf etmir:
“Onlar ölkə daxilində maraqlarını müdafiə edən qüvvələr də yarada bilməyiblər. Ona görə də terrora, qeyri-qanuni hərəkətlərə üstünlük verməyə, səbatsız insanların əli ilə qarşıqlıq yaratmağa cəhd edirlər”.
Millət vəkili bildirib ki, Azərbaycan cəmiyyəti öz dövlətinin müdafiəsindədir:
“Azərbaycan heç zaman qara qüvvələrin arxasınca getməyəcək. Hadisələr göstərir ki, dövlətimiz, sabitliyimizi, inkişafımızı hər an qorumalıyıq və biz buna qadirik”. (axar.az)
Digər xəbərlər
loading...