«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, ötən bir il ərzində planetin əhalisinin sayı təxminən, 83 milyon nəfər artaraq, hazırda 7 milyard 635 milyon nəfər təşkil edir
Bu barədə «Yer əhalisi» adlı alman fondu xəbər verib. Beləliklə, hər 10 saniyə ərzində dünyada 26 uşaq doğulur.
Ən sürətli əhali artımı əsasən, Afrika ölkələrində müşahidə olunur. Proqnoza görə, 2025-ci ilə kontinentdə əhalinin sayı 2,5 milyard nəfərə qədər artacaq (hazırda 1,3 milard nəfər). Ekspertlər bunun əsas səbəblərindən biri kimi, bölgədə hamiləliyin sayının yüksək olmasını önə çəkirlər.
Alman fondunun başçısı Renata Berin sözlərinə görə, Saxaranın cəubundakı ölkələrdə qadınların yarısı, maarifçiliyin aşağı olması və kontraseptivlərin çatışmazlığı fonunda, arzu etdiklərindən artıq uşaq dünyaya gətirirlər.
«Əgər hamı nə vaxt və nə qədər uşaq istədiyini sərbəst müəyyən edə bilsəydi, kasıb ölkələrdə vəziyyət yaxşılaşardı, əhalinin ilik artımı isə təxminən, 25 faiz azalardı» - deyə, Ber bildirib.
Avropa İttifaqı (Aİ) Statistika idarəsinin məlumatına görə, 1 yanvar 2018-ci ilə Aİ əhalisinin sayı 512,6 milyon nəfərə yüksəlib. Ötən ildə Aİ-da 5,3 milyon ölüm halına qarşı 5,1 milyon doğuş qeydə alınıb, miqrasiya hesabına şərtlənən artım isə 1,1 milyon nəfər təşkil edib.
Aİ-nın ən çox əhalisi olan ölkəsi Almaniyadır – bu ölkədə 82,9 miyon insan yaşayır. Ardınca 67,2 milyon nəfərlə Fransa və 66,2 milyon nəfərlə Britaniya gəlir.
Digər xəbərlər
loading...