Bu ilin yanvar-iyun ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 42 965 yeni abonent qeydiyyata alınıb ki, bunun da 26 689-u Bakı, Abşeron və Sumqayıt, 16 276-ı isə regionlar üzrədir
“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.
Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 138 007-ə çatıb.
Digər xəbərlər
loading...