ABŞ prezidenti Donald Tramp bu həftə Böyük Britaniyaya səfəri zamanı bu ölkənin iki gün əvvəl istefa verən xarici işlər naziri Boris Consonla görüşəcək
AzVision.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
“Boris Conson mənim dostumdur. Mənə qarşı çox xeyirxah olub, aktiv şəkildə dəstəkləyib. Ola bilsin ki, orada (Britaniyada – red.) olanda onunla danışacağam. Boris Conson xoşuma gəlir, onu həmişə bəyənmişəm”, - deyə Tramp vurğulayıb.
Böyük Britaniyanın xarici işlər naziri Boris Conson ölkənin Avropa İttifaqından çıxmasilə əlaqədar baş nazir Tereza Meyin yürütdüyü "yumşaq siyasətə" etiraz olaraq 9 iyulda istefa verib.
Qeyd edək ki, Tramp NATO ölkələri dövlət başçılarının bugünkü sammitində iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldədir. O, 16 iyulda isə Finlandiyanın paytaxtı Helsinkiyə gedərək Rusiya prezidenti Vladimir Putinlə ilk təkbətək rəsmi görüşünü keçirəcək.
Digər xəbərlər
loading...