“Üç yoldaşlıq görüşü keçirdik və hamısında müsbət nəticə əldə etdik. Komandamın daha çox şey bacardığını gördüm”
Bunu Kosovo yığmasının baş məşqçisi Bernar Şalland deyib.
Kosovo Futbol Federasiyasının rəsmi saytına açıqlama verən 67 yaşlı mütəxəssis Millətlər Liqasındakı şanslarını dəyərləndirib.
Rəqiblərə hörmətlə yanaşdıqlarını deyən Şalland yenə də komandasının güclü olduğunu düşünür: "Düzdü, bütün oyunçuları izləyə bilmədim. Valon Berişa zədəli idi. Ümid edirəm ki, digərlərini də tezliklə iş başında görəcəyik. Millətlər Liqasındakı rəqiblərimizin zəif olduğunu düşünmürəm. Əlbəttə ki, çoxlu problemlərlə üzləşəcəyik. Ancaq futbolçularıma güvənirəm və müsbət nəticələr qazanacağımıza inanıram".
Bu ildən Kosovo yığmasını çalışdıran mütəxəssis Millətlər Liqasındakı rəqiblərə yuxarıdan aşağı baxmayacaqlarını vurğulayıb: "Beynimdə seçmə mərhələdəki Kosovo formalaşdırmışam. Ancaq digər tərəfdən daha güclü komanda olmaq üçün çox çalışmalıyıq. Ayağımızı yerə möhkəm çırpmalı, Azərbaycan, Farer adaları və Maltanı asanlıqla keçəcəyimizi düşünməməliyik. Hədəfə çatmaq fədakarlıq, zəhmət tələb edir. Mənim və məşqçilər heyətinin işi gələcək üçün güclü nəsil hazırlamaqdı. U-19 və U-21 yığmalarının baş məşqçiləri ilə müntəzəm əlaqədəyəm. Çünki ortada Kosovonun gələcəyi var".
Qeyd edək ki, Millətlər Liqasının D liqasında Azərbaycan, Farer adaları və Malta ilə eyni qrupda yer alan Kosovo ilk oyununu sentyabrın 7-də millimizə qarşı keçirəcək. (apasport.az)
Digər xəbərlər
loading...