İyulun 10-da Gəncədə 2 polis zabitini öldürməkdə şübhəli bilinən və axtarışda olanlardan birinin,1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımovun feysbuk səhifəsini tapmışıq
AzEuroNews.com-un məlumatına görə, F.Qasımovun ən son paylaşımları ötən ilin oktyabrında göstərir.
O, bir qrup saqqallı tanışları ilə çay süfrəsi ətrafında şəkil çəkdirib və fotonun şərh yerinə yazıb ki, “İnşallah Kərbəla yürüşünə hazırlığa çox az qaldı”.
Həmin fotonun altına Qədir Məmmədov adlı biri yazıb ki, axtarışdasan. Fotodakı dostları arasında sağda arxada oturmuş bir nəfərin isə Yunis Səfərova zahirən oxşarlığı var. Amma onun olduğunu səhih söyləmək çox çətindir.
F.Qasımovun digər video paylaşımında bir qrup dindar yürüş edir. Videodan görünür ki, kadrlar İraq yaxud başqa ərəb ölkəsində çəkilib, yürüşün önündə gedən maşına isə , Xomeyninin şəkli vurulub.
Həmçinin, paylaşdığı başqa videolarda Aşura mərasimlərindən kadrlar var. Görüntülərdə sinə vurub əzadarlıq edən şiələr olduğu bilinir. Hətta ABŞ-da şiələrin Aşura mərasimindən video paylaşıb.
F.Qasımovun paylaşımlarından belə qənaətə gəlmək olur ki, şiə təriqətli fanatik dindar olub. Onunla bərabər Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev də şübhəli şəxs qismində axtarışa verilib.
Hər iki gəncin Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd etmiş Yunis Səfərovla hansısa əlaqələrinin olub-olmadığını istintaq müəyyən edəcək.
Qeyd edək ki, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ötən gün Gəncə şəhərində baş verən hadisələrə bağlı olaraq birgə məlumat yayıb.
Məlumatda deyilir: Xəbər verildiyi kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.
Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilmiş, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törədənməkdə şübhəli bilinən iki nəfər – Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilmiş və onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.
Böyükkişiyev Rəşad Məmmədəli oğlu
Qasımov Fərrux Xəqani oğlu
Eyni zamanda, fotoşəkilləri təqdim edilmiş həmin şəxslərin gizləndikləri yeri bilən vətəndaşlarımızdan bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə, habelə Bakı şəhərində (012) 590-93-31; (012) 590-94-31; (012) 492-73-96, Gəncə şəhərində (012) 590-61-14; (012) 590-61-15; 256-07-73; 256-75-09 telefon nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur.
Digər xəbərlər
loading...