Yunanıstan iki rusiyalı diplomatı ölkədən çıxarmaq, ikisini isə ölkəyə buraxmamaqla bağlı qərar qəbul edib
Oxu.Az xəbər verir ki, bununla bağlı “Kathimerini” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, onlar Yunanıstanın daxili işlərinə qarışmaqda və ölkənin milli təhlükəsizliyinə qarşı qanunsuz fəaliyyətdə ittiham olunurlar.
Bildirilib ki, Afina Rusiyanın bu ölkədəki səfirliyinin nümayəndəsi Viktor Yakovlevin dərhal Yunanıstanı tərk etməsini tələb edib. Bundan başqa, Yunanıstan əvvəlki kimi Rusiya ilə dostluq münasibətlərini saxlamaq niyyətindədir.
Xatırladaq ki, ABŞ martın 26-da “Skripal işi” ilə əlaqədar 60 rus diplomatı ölkədən çıxarmışdı. Bundan sonra, Avstraliya, Ukrayna, Kanada və ondan çox Avropa Birliyi ölkəsi analoji addım atmışdı.
Digər xəbərlər
loading...