“Azərbaycan ərazisində yeni sürüşmə sahələri yaranıb”
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, bəzi rayonlarda sürüşmə aktivliyi qeydə alınıb:
“İyunda atmosfer yağıntılarının təsirindən Şabranda Qazbabalı kəndində və Siyəzəndə Sədan sürüşmə sahəsi aktivləşib. Həmin sahəyə yaxın ərazilərdə yeni lokal sürüşmə sahələri yaranıb. Aktivlik hazırda da davam edir. Eyni zamanda, Xızı-Altıağac avtomobil yolunda da sürüşmə sahəsi aktivləşib. Yolun sol və sağ çiynində çökmə-oturma prosesləri aşkarlanıb”.
Əziz Qaralov qeyd edib ki, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə prosesi aktivləşib.
Lokal sahələrdə uçqun qeydə alınıb.
Digər xəbərlər
loading...