Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrik məktubu ünvanlayıb. MilliYol.Az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:
“Cənab zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar! Sizi Qurban bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Milli-mənəvi dəyərlər xalqın mənəvi sərvətidir. Bu dəyərləri həmişə yüksək tutan Ümummilli Liderimiz Heydər Əliyev milli və dini adət-ənənələrimizin qorunub saxlanılmasının da qayğısına qalmışdır. Məhz onun hakimiyyəti dövründə ölkəmizdə sağlam dinlərarası münasibətlər qurulmuşdur. Bu gün Azərbaycanda vicdan azadlığı və tolerantlığın hökm sürməsi, ölkəmizin dünyanın multikulturalizm mərkəzinə çevrilməsi Ulu Öndərimiz Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin nəticəsidir. Həmrəylik, dostluq, halallıq, bərabərlik və mərhəmət kimi yüksək əxlaqi hisslər aşılayan, bu günümüzə qədər yaşadılan Qurban bayramı Azərbaycanda yüksək səviyyədə qeyd olunur. Dünya dövlətləri arasında dini tolerantlıq nümunəsi kimi tanınan ölkəmiz Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında sivil və demokratik inkişaf yolu ilə inamla irəliləyir. Bu gün iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşmış, dövlətimizin müdafiə qüdrəti artmış, müstəqilliyimiz daha da möhkəmlənmişdir. Aprel döyüşləri Silahlı Qüvvələrimizin döyüş ruhunun, döyüş qabiliyyətinin və gücünün təsdiqi oldu. Torpaqlarımızın bir qismi işğaldan azad edildi. Cənab Ali Baş Komandan "Biz imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaransın" fikrini dəfələrlə vurğulayıb. Biz də prezidentin və Azərbaycan xalqının etimadını doğrultmaq üçün əlimizdən gələni edib torpaqları qısa bir müddətdə işğaldan azad etməliyik.
İnanıram ki, bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə uğurlar arzulayıram”.
MilliYol.Az
Digər xəbərlər
loading...