“Prosesin arxasında ciddi qüvvələr var”
“Bu gün Azərbaycanda çox gərgin bir vəziyyət yaranıb. Bu vəziyyət konkret olaraq Gəncədə baş verən hadisələrlə bağlıdır. İki polis zabitinin qətlə yetirilməsi təsdiqlənib. Bu, böyük faciədir və Azərbaycanın maraqlarına dəhşətli zərbədir. Proseslərin zorakı müstəviyə keçməsi Azərbaycan xalqının və dövlətinin ziyanınadır. Bundan ən böyük ziyan çəkən xalq və dövlət olacaq”.
Musavat.com xəbər verir ki, bunu mühacirətdə yaşayan jurnalist Sevinc Osmanqızına verdiyi açıqlamada Müsavat Partiyasıınn başqanı Arif Hacılı deyib. O, həmçinin bildirib: “Bu məsələ ilə bağlı yəqin ki, ciddi araşdırmalar gedəcək və bu araşdırmalardan, dəqiq məlumatlar əldə etdikdən sonra Müsavat Partiyası olaraq konkret münasibət bildirəcəyik. Ancaq indidən demək mümkündür ki, görünür, Azərbaycanda proseslərin sivil, demokartik müstəviyə deyil, zorakılıq müstəvisinə keçməsində maraqlı olan qüvvələr var. Təbii ki, bu məsələlər sürətlə araşdırılacaq”.
Müsavat başqanı deyib ki, bu proseslərin arxasında dayanan ciddi qüvvələr var: “Xüsusi ilə iki yüksək vəzifəli zabitin öldürülməsi ciddi hadisədir və bundan ciddi nəticə çıxarılmalıdır. Bu cür proseslərin inkişafına yol vermək olmaz. Siyasi qüvvələr də ölkədə konstitusiya və qanunlardan kənar proseslərin getməsinə imkan verməməlidir. Biz də buna çalışacağıq. Amma əsas rol yenə də hakimiyyətin üzərindədir”.
Arif Hacılı həmçinin bildirib ki, sivil, demokratik müxalifətin sıxışdırılması səbəbindən qeyri-sivil qüvvələrin ortaya çıxmasına şərait yaranıb.
Digər xəbərlər
loading...