Avropa İttifaqının əhalisinin sayı 2018-ci ilin əvvəlində 512 milyon 596 min 400 nəfərə çatıb
“Report” “Timeturk”ə istinadən xəbər verir ki, bu məlumatı Avropa İttifaqı Statistika ofisi yayıb.
Bildirilib ki, 2017-ci ilin əvvəlində Avropa İttifaqına üzv dövlətlərin əhalisinin cəmi sayı 511 milyon 521 min 700 nəfər olub. Bununla da İttifaqın əhalisinin sayı bir ildə bir milyon 74 min 700 nəfər çoxalıb. Avropa İttifaqına üzv dövlətlər arasında əhalisinin sayı ən çox olan Almaniyadır. Bu ölkənin əhalisinin sayı 82 milyon 850 min nəfər, Fransanın əhalisinin sayı 67 milyon 221 min 900, Birtaniyanın 66 milyon 186 min 400, İtaliya 60 milyon 484 min, İspaniyanın əhalisinin sayı isə 46 milyon 659 min 300 nəfər olub.
İttifaqda əhalisinin sayı ən az olan dövlət isə Maltadır. Bu ölkənin əhalisinin sayı 475 min 700 nəfər olub. Ondan sonrakı yerləri Lüksemburq (602 min), Kiprin yunan hissəsi (864 min 200 nəfər) tutur.
Avropa İttifaqında 2017-ci ildə ölənlərin sayı doğulanların sayını keçib. Hesabat dövründə 5 milyon 262 min 700 nəfər ölüb, 5 milyon 58 min 600 nəfər doğulub. İttifaqın əhalisinin sayının qaçqınların hesabına çoxladığı bildirilib.
Digər xəbərlər
loading...