ABŞ İranın Malayziyada fəaliyyət göstərən “Mahan turizm” şirkətinə qarşı sanksiya tətbiq edib. ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, “Mahan” hava yolları şirkəti və onunla əlaqələri olan şirkətlər terrorçuluğa yardım etdiyinə görə sanksiyalara məruz qalır
Rəsmi Tehran digər iddialar kimi bu iddianın da uydurma olduğunu bildirərək ABŞ-ın hərəkətlərinin beynəlxalq qanunlara zidd olduğunu bəyan edib.
“Mahan” İranın hava nəqliyyatı sahəsində fəaliyyət göstərən böyük şirkətidir. Hazırda bu şirkətin təyyarələri Tehrandan Avropa və Asiya istiqamətində reyslər yerinə yetirir. Avropa dövlətlərinin paytaxtlarına sərnişin daşıması ilə məşğul olan şirkətin adı bu günədək heç bir terror təşkilatı ilə bərabər çəkilməyib.
İran rəsmiləri qeyd edirlər ki, dövlət büdcəsinə külli miqdarda vəsait ödəyən “Mahan” şirkəti təsadüfən sanksiyalara məruz qalmayıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ İran iqtisadiyyatını çökdürməyə çalışır və böyük şirkətlərin beynəlxalq əlaqələrini kəsməyə cəhd edir. (Azərtac)
Digər xəbərlər
loading...