Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib
Şuradan verilən məlumata görə, iclasda ATV telekanalı tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması faktı müzakirə edilib.
ATV telekanalında həftə içi saat 10.00-12.00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi “10-dan sonra” verilişinin 09.07.2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq olunub.
Digər xəbərlər
loading...