Novator.az iyulun 9-da Türkiyə vitse-prezidenti təyin olunmuş Fuad Oqtayın ömür yoluna nəzər salıb
Hakim Ədalət və İnkişaf Partiyasının sədri olan Rəcəb Teyyub Ərdoğan iyunun 24-də keçirilmiş prezident seçkisində qalib gəlib, iyulun 9-u and içərək səlahiyyətlərinin icrasına başlayıb.
Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazir postunu tutub, 2014-cü ilin avqust ayından prezidentdir. Ölkə konstitusiyası yeniləndiyi üçün indi prezident həm dövlət, həm də hökumət başçısıdır.
Fuad Oqtay hökumətdə Rəcəb Teyyub Ərdoğandan sonra ikinci şəxsdir.
1964-cü ildə Yozqat vilayətində doğulan Fuad Oqtay Çukurova Universitetinin biznes şöbəsində təhsil alıb, həmin təhsil ocağında tədqiqatçı vəzifəsində çalışıb.
Fuad Oqtay ABŞ-ın Detroyt şəhərindəki Ueyn Universitetində emal mühəndisliyi və biznes sahəsi üzrə ali kurs bitirib, həmin təhsil ocağında sənaye mühəndisliyi sahəsində doktor dərəcəsi alıb, hava və avtomobil sənayesi üzrə ixtisaslaşıb, “Ford”, “Ceneral Motors”, “Kraysler” şirkətlərində yüksək postlar tutub.
2000-ci illərin əvvəlində Fuad Oqtay İstanbulun Bəykənd Universitetində dekan müavini və biznes şöbəsinin müdiri olub.
2008-2012-ci illərdə Türk Hava Yollarında çalışan Fuad Oqtay həmçinin Xarici İqtisadi Əlaqələr Qurumunda məsul vəzifə tutub, 2012-ci ildən Fövqəladə Hallar Qurumuna rəhbərlik edib, 2016-cı ildən baş nazir aparatının rəhbəri olub.
Digər xəbərlər
loading...