Vəkillər Kollegiyasının Rəyasət Heyətinin (VK) növbəti
iclası keçirilib
“Report”a VK-dan bildirilib ki, iclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti barədə məlumat verilib, xüsusilə yeni qəbul olunmuş üzvlərin vəkil qurumlarına göndərilməsi, onların qurumların işinə yaxından cəlb edilməsi məsələləri müzakirə olunub, vəkil qurumları tərəfindən təqdim olunub, növbətçilik cədvəlləri təsdiq edilib.
Eyni zamanda başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb, bir sıra vəkillərin mükafatlandırılması haqqında qərarlar qəbul olunub.
Daha sonra, vəkil qurumlarının tərkibində, lakin vəkil qurumunun yerləşdiyi ünvandan fərqli ünvanda fəaliyyət göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məsələsi müzakirə olunub, gələcəkdə həmin vəkillərin müvafiq vəkil qurumunun nəzdində yaradılacaq “vəkil kabinetində” fəaliyyət göstərmələrinin məqsədəuyğunluğu qeyd olunmuş, bununla bağlı qaydaların hazırlanması və təsdiq edilməsi qərara alınıb.
Bundan başqa, üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikləri üçün “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən, 11 vəkil haqqında Vəkillərin İntizam Komissiyasında intizam icraatının başlanması barədə qərar qəbul edilib.
İclasda vəkillər barəsində başlanılmış 15 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq müvafiq qərarlar qəbul edilib. Həmçinin peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə vəkil Ağayev Fuad Arif oğluna töhmət verilib. Qeyd olunmalıdır ki, dünən Rəyasət Heyətinin iclasından dərhal sonra vəkil Fuad Ağayev tərəfindən mətbuata barəsində aparılan intizam icraatı ilə bağlı təhrif olunmuş məlumatlar verilib. Bununla əlaqədar Rəyasət Heyəti bildirir ki, Vəkillərin İntizam Komissiyası tərəfindən vəkil Fuad Ağayevin öz iştirakı ilə aparılmış araşdırma nəticəsində müəyyən edilib ki, vəkil Fuad Ağayev öz müvəkkili ilə görüş zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrindən birinin əməkdaşlarının qanuni fəaliyyətinə maneçilik törədib, həmin müəssisənin rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlədib. Həmçinin Cəzaların İcrası Məcəlləsinin müəyyən etdiyi müddətləri gözləməməklə vəkil Fuad Ağayev öz müvəkkilinə göndərdiyi məktubun və sənədlərin cəzaçəkmə müəssisəsi tərəfindən çatdırılmaması ilə bağlı sosial şəbəkədə, internet resurslarda əsası olmayan məlumatlar yaymaqla ictimaiyyəti çaşdırıb. Bununla da vəkil Fuad Ağayev tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 3-cü hissəsinin, 16-cı maddənin 1-ci hissəsinin, 18-ci maddəsinin və vəkillərin davranış qaydaları haqqında Əsasnamənin 1.2, 2.5, 2.7 və 2.13-cü maddələrinin tələblərinin pozuntusuna yol verildiyi müəyyən olunub.
Digər xəbərlər
loading...