İsraildə MOSSAD-ın nəzdində fəaliyyət göstərən bir araşdırma şirkəti Səudiyyə vəliəhdi Məhəmməd bin Salmana ölkəsində saray daxilində baş verə biləcək çevriliş cəhdi barədə xəbərdarlıq edib
Axar.az xəbər verir ki, bu barədə “Əl Arabi əl Cədid” nəşri informasiya yayıb.
Məlumata görə, İsrailin Daxili Təhlükəsizlik Məsələlərini Araşdırma Mərkəzi Ər-Riyad hökuməti barədə hesabat hazırlayıb. Hesabatda vəliəhdin qarşısında duran daxili təhdidlər siyahıya alınıb və mümkün bir hakimiyyət dəyişikliyinin Təl-Əvivin mənfəətini ciddi şəkildə təhlükə altına qoyacağı qeyd olunub.
“Səudiyyə kral ailəsindən biri səssiz şəkildə çevriliş cəhdinə əl ata bilər. Çevriliş cəhdi gözlənilməz bir şəkildə ordu daxilindən də gələ bilər. Kral ailəsinin iqtidarına son verilə biləcəyi kimi, Ər-Riyadın ölkədəki nəzarətini də zəiflədə biləcək bir xalq üsyanı ilə də qarşılaşa bilərik”, - Vəliəhdin “2030 nizamı” adı verdiyi iqtisadi proqramının Ərəbistanda kəskin reaksiya ilə qarşılandığı qeyd olunan hesabatda deyilib.
Digər xəbərlər
loading...