Göygöl rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü xəstəxanada ölüb
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Balçılı kəndi ərazisində Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Aydınzadə Fuad Zabil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücünün anası və 7 aylıq körpəsi hadisə yerində ölüb.
Hadisə zamanı sürücü və avtomobildə olan sərnişinlər, sürücünün arvadı və bacısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Sürücü F.Aydınzadə xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Digər xəbərlər
loading...