“Etibarlı strateji tərəfdaşımız olan Türkiyə ilə əlaqələrimizi gücləndirmək və genişləndirmək Azərbaycanın xarici siyasətinin mühüm elementidir”
Bu sözləri "Anadolu" agentliyinə açıqlamasında Milli Məclisin sədri Oqtay Əsədov deyib.
O.Əsədov son 10 ildə Azərbaycan və Türkiyə arasındakı münasibətlərin dostluq və qardaşlıq səviyyəsindən strateji tərəfdaşlıq və müttəfiqliyə qədər irəlilədiyini diqqətə çatdırıb: "Birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP, Cənub Qaz Dəhlizi kimi ortaq layihələrimiz regionun əhəmiyyətini artırır, sülh və inkişafa xidmət edir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa və Asiyanı birləşdirməyin ən rahat və qısa yolu olacaq. İnanıram ki, bu dəmir yolu xəttinin istifadəsi xalqlarımızın və ölkələrimizin rifahının daha da yüksəlməsinə, tranzit imkanlarının artmasına, beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verəcək".
O.Əsədov iki ölkə arasında ticarət həcminin 5 milyard dolları aşdığını vurğulayıb. (apa)
Digər xəbərlər
loading...