Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin aprel ayında barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.1-ci maddələri ilə axtarış elan olunmuş Fizuli İbişov saxlanılıb
Aparılan araşdırmalarla onun 2018-ci ilin yanvar ayında həmkəndlisi, rayonun Mikayıllı kənd sakini Ruslan Məmmədova “Kalaşnikov” markalı avtomat satdığı müəyyən edilib.
F.İbişovun rayonun Mikayıllı kəndində yerləşən yaşayış evinin həyətindəki yardımçı tikiliyə keçirilən baxış zamanı orada qanunsuz olaraq satış məqsədilə saxladığı 4 kiloqram 160 qramdan artıq narkotik vasitə olan heroin, 6 kiloqram 700 qramdan artıq həşiş qətranı, 5 ədəd avtomat patronu aşkar edilərək götürülüb.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.İbişov Bakı şəhəri ərazisində tutularaq Cəlilabad RPŞ-nin istintaq bölməsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
loading...