Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş vermiş hadisəyə münasibət bildirib
APA-nın xəbərinə görə, A. Əlizadə AMEA magistrlərinin məzun günündə çıxışı zamanı bildirib ki, Mingəçevir İES-də baş vermiş hadisə Azərbaycan elminin energetika istiqamətində bir qədər inkişafını tələb edir.
AMEA prezidenti qeyd edib ki, Azərbaycan energetika elmi alimlərin diqqətində olmalıdır: "Azərbaycan energetikləri Mingəçevir İES-də bir blok sıradan çıxanda, ümumi enerji şəbəkəsinə zərər dəyməyən təhlükəsizlik sxemi yaratmalıdırlar”.
A. Əlizadə vurğulayıb ki, AMEA energetika sahəsinə ciddi diqqət yetirməlidir.
Digər xəbərlər
loading...