Rusiyaya səfər edən amerikalı respublikaçı senator Rusiya hakimiyyətini İtaliya mafiyasına bənzədiblər
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, senator Con Kennedi Putinə etibar etməməyi məsləhət görüb və xarici işlər naziri Sergey Lavrovu xuliqan adlandırıb.
O, Moskvadakı görüşlərin gərgin keçdiyin deyib.
İyunun 30-dan iyulun 4-nə qədər Rusiyada səfərdə olan senator qrupu iyulun 9-da səfərin yekunları barədə açıqlama verib.
“Rusiyada siyasi fəlsəfə yoxdur. Hakimyyətin fəlsəfəsi pul və gücdür. Bu Putinin də fəlsəfəsidir. Ölkəni dəmir əllə idarə edir. O diktatordur”.
Kennedi Tramp-Putin görüşü zamanı ciddi irəliləyiş gözləmədiyini deyib amma prezidentlərin danışıq aparmasında pis heç nəyin olmadığını da deyib.
“Putinə etibar etmək olmaz. Bizim edə biləcəyimiz ən yaxşı iş, onu dayandırmaq olacaq”.
O, Rusiyanın hakim nümayəndələri ilə görüşləri emosional adlandırıb, Rusiya xarici işlər naziri Sergey Lavoru isə “çığalçı” insan adlandırıb. O, rusiyalı nazirlə danışıqları həyatının ən çətin sınağı sayıb.
Senator Rusiyada müstəqil mətbuatın olmamasına və varlılarla kasıblar arasında ciddi fərqlərə görə, böyük çətinliklərin olduğunu etiraf edib.
Con Kennedi Rusiyanı ABŞ-dakı seçkilərə müdaxilə etməmələri barədə xəbərdar etdiklərini və əgər noybar Konqresə keçiriləck seçkilərə yenə bu siyasətlərini sürdürəcəkləri təqdirdə isə indiki sanksiyalardan daha güclü sanksiyalara əl atacaqlarını demişdi”. O, Rusiyanın bu ittihamlara cavabının yalnız “inkar, inkar və inkar” olduğunu deyib.
“Rusiya Putinin istədiyini arzulayır. Putinin arzuladığı isə statusdur. Bu həqiqətən mafiya ilə əlaqə qurmaq kimi bir şeydir”.
Amerikalı senatorlar qrupu 2016-cı ildən bəri ilk dəfə Rusiyaya səfərə edib. Səfər zamanı onlar Rusiya xarici işlər naziri, Duma sədri, ictimai fəallar və siyasətçilərlə danışıqlar aparıblar.
Digər xəbərlər
loading...