Millət vəkili Fazil Mustafa “Yeni Müsavat”ın Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayımda ötən həftə güllələnən Gəncənin icra başçısı Elmar Vəliyevin səhhəti barədə danışıb
F.Mustafa icra başçısının İsrailə aparıldığını və müalicə olunduğunu deyib: “Yaxınları deyirlər ki, səhhətində problem yoxdur. Xəsarət alan insanların bu vəziyyətinə İslam tərbiyəsi nöqteyi-nəzərindən yanaşımağın tərəfdarıyam. Allah bütün xəsarət alanlara şəfa versin. Başqa cür yanaşma, humanist yanaşma deyil”.
F.Mustafa millət vəkilləri səviyyəsində E.Vəliyevi güllələyən Yunis Səfərova baş çəkilib-çəkilməyəcəyi ilə bağlı sualı cavablandırıb. Oxucular ondan Y.Səfərovun durumunu nəzarət altında saxlayıb-saxlamayacağını soruşublar: “Ona baş çəkmək hüququ ombudsmandadır. Millət vəkillərinin belə bir hüququ yoxdur. Amma hüquq müdafiəçiləri ona baş çəkə bilər”.
Digər xəbərlər
loading...