Bu gün iyunun 24-də keçirilən növbədənkənar prezident seçkilərində yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, andiçmə mərasimi Türkiyə Böyük Milli Məclisində təşkil olunub.
Bununla da Türkiyə rəsmən parlament idarə üsulundan prezident üsul-idarəsinə keçib.
Türkiyə Böyük Milli Məclisində keçirilən andiçmə mərasimindən sonra prezident iqamətgahında da təntənəli mərasim olacaq. Mərasimdə 22 dövlət və hökumət başçısı, 28 baş nazir və parlament sədri ilə 6 beynəlxalq təşkilatın baş katiblərinin iştirakı gözlənilir. R.T.Ərdoğan bu mərasimdə yeni hökumətin tərkibini açıqlayacaq.
Qeyd edək ki, R. T. Ərdoğan prezident seçkilərində 26 milyon 330 min 823 səslə qələbə qazanıb.
Digər xəbərlər
loading...