Ermənistan Silahlı Qüvvələri mayın 13-də saat 18:20 radələrindən etibarən, Tərtər rayonunun Qazyan kəndini minatanlardan atəşə tutmağa başlayıblar.
“Seysulandan atırdılar. Onlar atır, bizimkilər cavab verir, nə etsinlər burda kəndi vururlar ayrı şey yoxdur” deyə kənd sakinlərindən biri bildirib.
Atılan mərmilər əsasən əkin sahələrinə ziyan vurub. Mərmilərdən biri otlaq sahəsində qoyun otaran kənd sakini Yasin Əliyevdən təxminən 20 metr aralıda düşüb. Kənd sakini Yasin Əliyev həmin ərazini çəkiliş qrupumuza göstərərkən ermənilər oraya yenidən mərmi atırdılar.
Ermənistan hərbi birləşmələri tərəfindən atılan mərmilərdən bir neçəsi də kənd ərazisinə düşüb. Dağıntı və təlafat olmayıb.
“Əsasən əkin sahələri ziyan çəkir. İnsanlar arasında heç bir tələfat evlərimizdə heç bir dağıntı yoxdur. Təsərrüfatda taxıl sahəsinə düşüb, arpa sahəsinə düşüb, pambıq sahəsinə düşüb, çuğundur sahəsinə düşüb. Düşdüyü yerləri demək olar ki, yaxın ətrafını təmiz ləğv edib” - deyə kənd icra nümayəndəsi Azər Cabbarov vurğulayıb.
Ümumilikdə kəndə düşən mərmilərdən bir neçəsinin partlamadığı ehtimal olunur. Ermənilərin təxribatlarına baxmayaraq hazırda kənddə həyat öz axarı ilə davam edir. (Region TV)
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/ASFwVBVTTF0" frameborder="0" allowfullscreen></iframe>
"Milli Yol"
Digər xəbərlər
loading...