Aktrisa Xuraman Əlizadə sosial şəbəkədə çəkisini tənqid edənlərə sərt cavab verib
Axşam.az-ın məlumatına görə, aktrisa bir neçə dəfə xəbərdarlıq etsə də, yenə bu halla qarşılaşdığını bildirib:
“Bu şəkli niyə paylaşıram? Mən bir dəfə video çəkdim ve paylaşdım ki, mənim çəkimə, köklüyümə və ailəmə nəsə xoşagəlməz bir söz deyən və ya yazan ibrət götürsün, ağzını yumsun. Amma mənliyi olmayanlar, şərəfi bir qəpik olanlar, sözsüz ki, mənim köklüyümə lağ edənlərdən gedir söhbət. Yenə də aşırı dərəcədə yazırlar.
Xoşbəxt olmaq, ay zibillər, arıq kök olmağa baxmır, mənim boyda daş düşsün çəkimi lağa qoyanların başına. Adamın bir vicdanı olar. Dırnağıma, evimə, bişirib paylaşdığım yeməklərə, qab-qacağa lağ edirsiz edin. Amma mənim şəxsiyyətimə, ailəmə əl uzatmayın. Allah bəlanızı verər, bəsdirin.
Nə yandırır sizi? Ailə qurmuşam, bu çəki ilə və ya nə? Nə daş olub düşüb başınıza? Utanın. Ölürsüz, ay bəzi mən deyənlər. Sənət insanlarına rişxənd edirsiz. Amma hərdən başınızı qaldırıb göyə baxın, Allahı tanıyın. Allah bilsin sizinlə. Bircə onu bilirəm ki, mənliyi, şərəfi olan belə alçaq sözlər yazmaz”.
Digər xəbərlər
loading...