“Türkiyədə seçkilər başa çatdı.Artıq hazırkı dövlət başçıs Rəcəb Tayyib Ərdoğan geniş səlahiyyətli prezidentə çevirildi və hökuməti qurmaq ixtiyarına sahib oldu”
“Buna baxmayaraq, Ərdoğanın rəhbərlik etdiyi AKP parlament üstünlüyünü təkbaşına qazana bilmədi və parlamentdə mühüm qərarların qəbul olunması üçün MHP-nin səslərinə möhtac qaldı. Lakin dövlət çevrilişi cəhdindən sonra AKP-ni siyasi olaraq dəstəkləyən MHP-nin bəzilərinin düşündüyü kimi, heç də “qoltuq partiya” olmayacağı qənaətindəyəm”.
Bunu Teleqraf.com-a politoloq Vasif Əfəndiyev deyib.
Politoloq qeyd edib ki, çevriliş cəhdindən əvvəl Ərdoğana qarşı sərt mövqedə dayanan Baxçalının onu dəstəkləməyi dövlət marağından irəli gəlib:
“Baxçalının şəxsən hansısa nazir kürsüsünə iddialı olduğunu güman etmirəm. Parlament sədri vəzifəsi isə əslində işçi bir vəzifədir və ağır bir işdir. Onun bu vəzifəni üzərinə götürəcəyini də düşünmürəm və bu postu AKP-ni xilas edən bir lider üçün uyğun hesab etmirəm. Hesab edirəm ki, Baxçalı bu vəzifəyə getməyə razılıq versə, şəxsi nüfuzunu itirə bilər.
Lakin MHP yetkilərindən nazir kürsüsünü əldə edənlər olacaq. Baxçalı hazırda dağılmaq ərəfəsində olan partiyasını parlamentə daşıdığı üçün yenidən dirçəlmək şansı əldə edib. Meral Akşenerin partiyadan qopmasından sonra Baxçalının 10 fazilik barajı aşaraq yetərli sayda mandat qazanması onun reablitasiyası ola bilər”.
Vasif Əfəndiyev hesab edirk i, Baxçalı və Ərdoğan arasında qurulmuş Cümhuriyyət İttifaqı da uzun müddət qalmayacaq: “Təxminən 2 il zaman kəsiyində bu müttəfiqliyin pozulacağı şübhəsizdir. Buna görə də Ərdoğan Akşənərə qarşı sərt mövqe sərgiləmir və gələcək hökumət üçün Baxçalının yerinə ehtiyat qüvvə kimi saxlamağı düşünür.
Ana müxalifət olan CHP-də də dəyişikliklərin olacağı gözləniləndir. Məhərrəm İncə son 20 ildə yetişmiş ən praqmatik liderdir və türk xalqının demokratiya simvoludur. Yaxın iki ildə proseslərin yeni məcraya dönəcəyinin şahidi olcağıq. Hesab edirəm ki, Türkiyədə növbəti erkən seçimlər qaçılmazdır”.
Digər xəbərlər
loading...