Böyük Britaniyanın Brexit məsələləri üzrə naziri Devid Devis baş nazirlə aralarında yaranan fikir ayrılığına görə istefa verib
“Qafqazinfo” xəbər verir ki, “Telegraph” Devisin ardınca parlament üzvləri Stiv Beyker və Suella Bravermanın da istefa verdiyini yazıb.
Britaniyanın baş naziri Tereza Mey isə nazirin istefasını qəbul edib:
“Təəssüf edirəm ki, hökumət Avropa İttifaqından çıxmaqla bağlı prosesi başa vurduğu bir vaxtda sizin ekspert baxışınız və tövsiyələrinizdən məhrum olacaq. Son iki ildə etdiklərinizə görə sizə dərindən minnətdaram”.
Qeyd edək ki, Devid Devis hökumət üzvləri ilə razılaşdırılan Brexit strategiyasından narazı olub. Devis hesab edir ki, seçilən kurs Londonun Britaniya iqtisadiyyatının böyük bir hissəsinə nəzarətini əlindən alacaq və Aİ üçün üstünlük yaradacaq.
Digər xəbərlər
loading...