İyulun 8-də saat 22 radələrində Abşeron rayonu Novxanı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Rasim Cəfərov vurulub və nəticədə piyada hadisə yerində ölüb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Moskviç” markalı avtomobilin sürücüsü, kənd sakini Nurlan Müseyibov saxlanılıb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.
Digər xəbərlər
loading...