“Twitter” sosial şəbəkəsi bu ilin mayından iyun ayına qədər olan müddətdə 70 milyondan artıq şübhəli akkauntu (hesabı) bloklayıb
Lent.az-ın “The Washington Post” nəşrinə istinadən xəbərinə görə, sosial şəbəkə 2017-ci ilin oktyabrından istifadəçi sayının azalmasına baxmayaraq, bloklama tempini təxminən 2 dəfə artırıb.
Platformanın vitse-prezidenti Del Harvi qeyd edib ki, əgər insanlar özlərini mühafizə olunmuş hiss etmirlərsə, söz azadlığı bir o qədər də vacib və önəmli deyil.
May ayında şirkət pozuntuları izləyə bilən alqoritmlərinin dəyişdirildiyini elan edib. Qəzet yazır ki, “Twitter” rəhbərliyi gələn həftə bu təşəbbüslə bağlı yeni bəyanat yayacaq.
Nəşrin məlumatına görə, bu dəyişikliklər ABŞ Konqresi tərəfindən edilən təzyiqlərlə və Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi ilə bağlı olub.
Digər xəbərlər
loading...