Virtualaz.org-a məlum olub ki, Nərimanov rayonunda yanan tikinti materialları bazarı Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbova məxsusdur
Bundan başqa o da məlum olub ki, bu həmin bazarda il ərzində baş verən 32-ci yanğın hadisəsidir.
* * *
Bakının Nərimanov rayonunda, son bir neçə həftə ərzində, tikinti materialları bazarı artıq üçüncü dəfədir ki, yanır.
Virtualaz.org xatırladır ki, bazar bundan əvvəl 19 iyunda yanmışdı. Onda yanğın nəticəsində üç nəfər zərər çəkmişdi. İqtisadi zərər milyonlarla dollarla hesablanırdı.
Tikinti materialları bazarında yeni yanğının nəticəsi hələlik məlum deyildir.
Digər xəbərlər
loading...