«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-dəniz qüvvələri (HDQ) 6-cı donanmasının «USS Mount Whitney» flaqman gəmisi şənbə günü Qara dənizə daxil olub
ABŞ-Ukrayna hərbi dəniz «Sea Breeze 2018» təlimlərində iqtirak etmık üçün Odessaya istiqamət alıb. Bu barədə 6-cı dnonanmanın Neapolda yerləşən komandanlığı xəbər verib.
««Korablğ Mount Whitney» gəmisi dənizdə təhlükəsizliyin,regional sabitliyinin təmin olunması, həm də NATO müttəfiqləri və həmkarlarının hərbi-dəniz qüvvələrinin hazırlığının yaxşılaşdırılması məqsədilə iyulun 7-də Qara dənizə daxil olub. Bu missiya çərçivəsində gəmi «Sea Breeze 2018″» təlimlərində iştirak edəcək» - deyə, yayılmış bəyanatda bildirilir.
Komandanlıq xəbər verir ki, cümə günu elə həmin missiya ilə ABŞ-n «USS Porter» raket esminesi də Qara dəniz sularına girib.
Bəyanatda bildiriir ki, «təlim çərçivəsində müxtəlif tapşırıqlar, o cümlədən, dənizdə qeyri-qanuni fəaliyyətin qarşısının alıqması, havada və suda qarşı durma, desant, axtarış-xilasetmə tapşırıqları məşq ediləcək».
Builki təlimlərin 9-21 iyul tarixlərində keçiriləcəyi və dənizin şimal-qərb hissəsini əhatə edəcəyi ehtimal olunur.1997-ci ildən başlayaraq, bu təlimlər hər il keçirilir.
Digər xəbərlər
loading...