Xəbər verdiyimiz kimi, dünən yazar Cəlil Cavanşir Feysbukda canlı yayımda damarlarını kəsərək intihara cəhd edib. Lakin şairin qardaşı özünü onun evinə çatdıraraq intihar cəhdindən yayındırıb
“Qafqazinfo” xəbər verir ki, C.Cavanşir bu gün Feysbuk hesabında dünənki hadisə barədə yazıb və peşman olduğunu bildirib:
“Əziz dostlar!
Dünən atdığım addımla bağlı uzun-uzadı izahata ehtiyac duymuram. Haqqımda yazılan bütün fikirləri oxumaq imkanım olmadı, amma xeylisini oxudum. Kim nə istəyir düşünsün, kim necə istəyir yozsun. Zərrə qədər narahat deyiləm, heç kəsdən incimirəm, heç kəsi qınamıram. Nə qədər çətin olsa da, yaşamağa davam etməyə məcburam.
Dünən mənim üçün narahat olan, yanımda olan, dəstək olan bütün dostlara təşəkkür edirəm. Mən sizin sevginizdən, qayğıkeşliyinizdən utandım, mütəəssir oldum. Sizləri incitdiyim, narahat etdiyim üçün peşmanam.
Sevgiylə qalın!”
Digər xəbərlər
loading...