ABŞ-ın dövlət katibi Mayk Pompeonun Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfəri Şimali Koreya lideri Kim Çen Inla görüşsüz başa çatıb
"Report" xəbər verir ki, KXDR rəhbərinin ABŞ rəsmisi ilə görüşü keçirilməyib.
Pompeo KXDR-in Əmək Partiyasının Mərkəzi Komitəsinin sədri Kim Yon Çxolla görüşüb. Görüşlərin sonunda açıqlama verən Pompeo bildirib ki, Kim Çen In əvvəlki kimi Koreya yarımadasının nüvəsizləşdirilməsi tərəfdarıdır.
Qeyd edək ki, ABŞ dövlət katibi KXDR-in nüvəsizləşdirilməsinə dair danışıqlar aparmaq üçün Pxenyana səfər edib. Nümayəndə heyətinin tərkibinə ABŞ-ın Filippindəki səfiri Son Kim, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Koreya İşləri üzrə Mərkəzinin rəhbəri Endryu Kim, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Koreya yarımadası işləri üzrə müşaviri Ellison Huker, ABŞ müdafiə nazirinin Asiya-Sakit Okean regionunda təhlükəsizlik üzrə köməkçisi Rendall Şrayver daxil idi.
Digər xəbərlər
loading...