İyulun 6-da gecə saatlarında Şahdağ Milli Parkının və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən parkın Oğuz rayonu ərazisində qanunsuz ov edən 2 nəfər saxlanılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, qanunsuz ov edən Oğuz rayon sakinləri Raqif Nəsirov və Dünyabir Nəsirovdan 2 ədəd ov silahı və 2 baş ovlanmış Dağıstan turu götürülüb.
Faktla bağlı qanun pozucuları barəsində sənədləşmə aparılıb və İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən hər biri 1000 manat məbləğində cərimə edilib. Təbiətə 500 manat məbləğində ziyan dəydiyi məlum olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz ov hallarının qarşısının alınması istiqamətində işlər davam etdirilir.
Digər xəbərlər
loading...