İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu ilə gücləndirib
MilliYol komanda.az-a istinadən xəbər verir ki, La Liqa klubu çexiyalı qapıçı Tomaş Vatsliki transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Son 4 mövsümü İsveçrənin "Bazel" klubunda keçirmiş 29 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Sevilya" Avropa Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Neftçi"nin potensial rəqibidi. Komandamız 1-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Macarıstan "Uypeşt"ini mübarizədən kənarlaşdıra bilsə, növbəti turda məhz "Sevilya" ilə üz-üzə gələcək.
Digər xəbərlər
loading...