Almaniyanın Şelzvik-Qolşteyn universitet xəstəxanasının tədqiqatçıları qalstukların kişi orqanizminə təsirini araşdırıblar
Modern.az “Neuroradiology” jurnalına istinadən xəbər verir ki, araşdırma nəticələrinə görə qalstuklar sözün hərfi mənasında kişiləri boğur.
Alimlər 30 gənc üzərində MRT vasitəsi ilə qalstuku geyinmədən öncə, qalstukla və sonra beynin qan dövranını müşahidə ediblər.
Təcrübə iştirakçılarının 15 dəqiqə ərzində qalstuk taxmaları onların beyin qan dövranına nəzərə çarpacaq dərəcədə təsir edib.
Müşahidələr nəticəsində məlum olub ki, hətta elə kiçik bir zamanda qalstuk taxmaq beyinin qan dövranını 7,5 % aşağı salır.
Tədqiqatçılar bu nəticələrin iş sahibləri tərəfindən tabeliyində olanlar üçün şərtlər qoyulan zaman nəzərə alınacağına ümid edirlər.
Qeyd edək ki, bundan əvvəl də qalstuk taxmağın gözün daxili təzyiqini artırdığı araşdırmalar vasitəsi ilə təsdiq edilib.
Digər xəbərlər
loading...